İtaliyanın “Fiorentina” klubu yenidən koronavirus şoku yaşamaqdadı.

Futbolinfo.az xəbər verir ki, mayın 4-dən etibarən məşqləri bərpa etməyə başlayan İtaliya klubları futbolçu və məşqçi heyətindən koronavirus testləri də götürür.

“Fiorentina” da bütün əməkdaşlarını koronavirus testindən keçirib. Lakin Florensiya təmsilçisində üçü futbolçu olmaqla, altı nəfərdə koronavirus aşkarlanıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, koronavirusa yoluxanlar artıq izolə olunublar. Analiz nəticələri qənaətbəxş çıxanlar isə sabahdan etibarən klub bazasında məşqləri bərpa edəcəklər.

Xatırladaq ki, “Fiorentina”da daha öncə də Patrik Kutrone, Xerman Pesselya və Duşan Vlahoviçdə koronavirus aşkarlanmış və sağalmışdılar.

Shares: