Son mövsümü İsrail “İroni Kiryat”ında keçirən “Qəbələ”nin futbolçusi Ceyms Adeniyi özünə klub tapa bilmir.

Futbolinfo.az-a danışan futbolçu bildirib ki, Azərbaycan təmsilçisi onunla müqavilə imzalamaq fikrində deyil: “Qəbələ”də yəqin ki, çıxış etməyəcəm. Çünki komandamın maddi problemləri çoxdu. Hazırda mənim nə Azərbaycandan, nə də ölkə xaricindən təklifim var”.

“Qəbələ”dən ayrılan mərkəz müdafiəçisi İvitsa Zuniç Azərbaycanda çıxış edə bilər. Bu barədə futbolinfo.az-a futbolçunun özü məlumat verib. O bildirib ki, başqa Azərbaycan klubundan təklif alıb: “Bir neçə təklif var. Bunlardan biri Azərbaycandandır. Lakin hələlik ad açıqlamayacam”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp