“Qarabağ”ın sabiq qapıçısı Miro Varvodiç yenidən Azərbaycanda çıxış edə bilər.

Futbolinfo.az xəbər verir ki, 31 yaşlı xorvat qolkiperin xidmətində “Zirə” maraqlıdır.

Tərəflər arasında ilkin danışıq olub. Lakin son qərarı baş məşqçi Rəşad Sadıqov verəcək.

Qeyd edək ki, Miro Varvodiç 2012/2013-cü illərdə “Qarabağ”da çıxış edib. Onun son klubu Almaniya 3-cü liqasında çıxış edən “Valdhof” olub.

Shares: