“Mən artıq Bakıdayam. Gəlib bura çatdım” – bu sözləri futbolinfo.az-a açıqlamasında “Qarabağ”ın haitili müdafiəçisi Donald Gerye deyib.
Komandanın düşərgəsinə gecikən futbolçu klub tərəfindən cəzalandırılmayacağını düşündüyünü bildirib: “Klub tərəfindən cəzalanadırılacağımı düşünmürəm. Çünki koronavirus üçün verdiyim testdə problem çıxdığını demişdim. Həmçinin klubdan hava limanındakı işçilərlə danışmışdılar və vəziyyəti bilirdilər. Nyu-York hava limanında çətin vəziyyətə düşdüyümdən agahdılar. Hər şey yoluna qoyuldu və mən bilet aldım, Azərbaycana gəldim. Bu səbəbdən hər hansı cəz alacağımı düşünmürəm”.
Bu gecə Bakıya qayıdan Donald komandanın qış hazırlığını boşa verib. O, dünən “Sabah”a qarşı çempionat matçını da buraxıb. Baş məşqçi Qurban Qurbanovu əsəbləşdirən müdafiəçinin pul cəzası alacağı gözlənilir.