“Napoli” klubunun bir futbolçusunda koronavirus aşkarlanıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə, müdafiəçi Fauzi Qulamın koronavirus testinin müsbət çıxdığı bildirilib.

Əlcəzair millisinin də üzvü olan Qulam təcrid olunub və onun müalicəsinə başlanılıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp