Futbol üzrə Azərbaycan milli komandası bu gün növbəti oyununa çıxıb.

Futbolinfo.az xəbər verir ki, yığmamız DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Portuqaliya ilə görüşüb.

Portuqaliya yığması koronavirus pandemiyasından irəli gələn məhdudiyyətlərlə əlaqədar, millimizi doğma meydanda qəbul edə bilməyib. Fernando Santosun çalışdırdığı komanda Azərbaycan millisini İtaliyanın Turin şəhərindəki “Yuventus” stadionunda sınağa çəkib.

Qarşılaşmanın favoriti heyətində Kristiano Ronaldo kimi dünya ulduzunun yer aldığı Portuqaliya yığmasıydı. Lakin Canni De Byazinin çalışdırdığı kollektiv bu görüşdə rəqibə kifayət qədər ciddi müqavimət göstərməyi bacarıb. Lakin bu, yığmamızın sonda meydanı xalla tərk etməsi üçün yetərli olmayıb. Maksim Medvedevin ilk hissədə vurduğu avtoqol Portuqaliya yığmasına minimal hesabla qələbə qazandırıb.

DÇ-2022-nin seçmə mərhələsi
A qrupu

24 mart

Portuqaliya – Azərbaycan 1:0
Qol: M.Medvedev, 37-öz qapısına.
Hakimlər: Daniel Zibert, Yan Zaydel, Rafael Foltin, Saşa Stegemann
(Hamısı Almaniya).
Turin. “Yuventus” stadionu.

Portuqaliya: 12. Entoni Lopes, 3. Dominqos Duarte, 4. Ruben Dias, 5. Nuno Mendes, 7. Kristiano Ronaldo (k), 8. Joau Moutinyo, 9. Andre Silva, 10. Bernardu Silva, 20. Joau Kanselo.
Ehtiyat oyunçular: 1. Joze Sa, 22. Rui Silva, 2. Luis Neto, 6. Joze Fonte, 11. Bruno Fernandes, 13. Joao Palinya, 14. Serjio Oliveyra, 14. Rafa Silva, 16. Renato Sançes, 17. Dioqo Jota, 21. Sedrik, 23. Joau Feliks.
Baş məşqçi: Fernando Santos.

Azərbaycan: 12. Şahruddin Məhəmmədliyev, 3. Azər Salahlı, 5. Maksim Medvedev, 6. Vüqar Mustafayev, 8. Emin Mahmudov, 9. Əli Qurbani, 10. Mahir Emreli, 13. Abbas Hüseynov, 14. Elvin Bədəlov, 15. Bədavi Hüseynov, 18. Anton Krivotsyuk.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 23. Mehdi Cənnətov, 2. Sertan Taşqın, 4. Bəhlul Mustafazadə, 7. Anatoli Nuriyev, 11. Ramil Şeydayev, 17. Aleksey İsayev, 17. Elvin Cəfərquliyev, 19. Təmkin Xəlilzadə, 20. İsmayıl İbrahimli, 21. Namiq Ələsgərov, 22. Amil Yunanov.
Baş məşqçi: Canni De Byazi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp