Almaniyanın “Borussiya” (Dortmund) klubunun hücumçusu Erlinq Halandın karyerasını davam etdirmək istədiyi komanda məlum olub.
Futbolinfo.az xəbər verir ki, norveçli futbolçu İspaniyanın “Real” klubunda çıxış etmək istəyir. Bu barədə AS nəşri məlumat yayıb. 20 yaşlı futbolçunun atası Alf-İnqe Haland Madrid klubunun nümayəndələri ilə görüş zamanı oğlunun bu kluba keçmək istədiyini bildirilib.
Bundan əvvəl, İspaniya mətbuatı ata Halandın “Real” və “Barselona” nümayəndələri ilə görüşdüyünü xəbər vermişdi.
Haland bu mövsüm “Borussiya” ilə 31 oyunda 33 qol vurub.