İngiltərənin “Liverpul” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolinfo.az xəbər verir ki, Mersisayd təmsilçisi Almaniyanın “Leypsiq” klubundan İbrahim Konateni transfer edib.

Bu barədə “Liverpul”un mətbuat xidməti məlumat yayıb. 22 yaşlı fransalı müdafiəçi ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Konate iyulun 1-də “Liverpul”un düşərgəsinə qoşulacaq.

Shares: