Türkiyənin “Fatih Karagümrük” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, Super Liqa təmsilçisi serbiyalı hücumçu Aleksandr Peşiçi transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 29 yaşlı futbolçu ilə müqavilənin müddəti və digər detalları isə açıqlanmayıb.
Aleksandr Peşiç son olaraq İsrailin “Makkabi” (Təl-Əviv) klubunun uğurları üçün çalışıb. O, bu komandanın heyətində geridə qalan mövsümdə 31 oyuna çıxıb, 11 qola imza atıb. Serbiya yığmasında da oynamış futbolçu, “Seul”, “Əl-İttihad”, “Srvena Zvezda”, “Atalanta”, “Tuluza”, “Yaqodina”, “Şerif” (Tiraspol), “OFİ Krete” və “Radniçki”də də çıxış edib.