“AEL də, “Qarabağ” da güclü və yüksək keyfiyyətlərə malik komandalardır”. Bunu futbolinfo.az-a açıqlamasında Kiprin APOEL klubunun sabiq futbolçusu Giorgis Merkis deyib.

Dəfələrlə “Qarabağ”a qarşı oynamış futbolçu UEFA Konfrans Liqasında AEL və “Qarabağ” arasında keçiriləcək oyunlardan söz açıb: “Qarabağ” bahalı heyətə malikdir. Komandanın üzvləri yüksək keyfiyyətli oyunçulardır. Amma son zamanlar AEL də yüksəlir. Güclü futbolçuları və yaxşı məşqçisi var”.

Merkis AEL-dən “Qarabağ” haqqında soruşacaqları halda onlara məlumat verə biləcəyini deyib: “Qarabağ”a qarşı oynadım. Əgər AEL məndən bu klub haqqında nəsə soruşsa, hər şeyi deyə bilərəm. Düzdür, sonuncu dəfə iki il əvvəl Azərbaycan təmsilçisinə qarşı çıxış etmişəm. Bilirəm ki, çox futbolçu oradan ayrılıb və çox şey dəyişib”.

36 yaşlı keçmiş mərkəz müdafiəçisi Uroş Matiçin “Qarabağ”da karyerasının uğurlu alınmaması barədə isə bunları deyib: “Uroşu “Qarabağ”da izləmədim. Amma o, Kiprdə möhtəşəm mövsüm keçirmişdi. Çox yaxşı oyunçudur. Lakin futbolda uğursuz anlar olur”.

Shares: