“Barselona” klubunun idman direktoru Ramon Planes La Liqanın 6-cı turunda “Kadis”ə qarşı keçirilən səfər matçından (0:0) sonra komandanın baş məşqçisi Ronald Kumana dəstək olub.

Futbolinfo.az xəbər verir ki, Planes, Kumanla yollarına davam etdiklərini deyib:

“Kumana dəstəyik, o, bundan məmnundur. Bazar günü oyunumuz var. Kuman bizim məşqçimizdir. Yeni mərhələdəyik, gələcəyi yaxşı olan futbolçularımız var”.

“Barselona” La Liqada 7-ci sıradadır.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp