DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində oktyabrın 9-da Bakıda İrlandiya, oktyabrın 12-də isə Belqradda Serbiya millisi ilə qarşılaşacaq Azərbaycan milli komandasının heyəti açıqlanıb.

Futbolinfo.az xəbər verir ki, baş məşqçi Canni De Byazi milliyə 26 futbolçu dəvət edib.

İtalyan mütəxəssis uzun müddətdən sonra üç futbolçunu yığmaya qaytarıb. Bunlar Kiprin “Etnikos” klubunda çıxış edən Araz Abdullayev, Portuqaliya “Tondela”sından Renat Dadaşov və “Sabah”dan Bəxtiyar Həsənalızadədir.

Həsənalızadə son olaraq 2018, Abdullayev və Dadaşov isə 2020-ci ildə yığmanın formasını geyinib.

  1. Aydın Bayramov – Sumqayıt
  2. Emil Balayev – Qarabağ
  3. Şahrudin Məhəmmədəliyev – Qarabağ
  4. Maksim Medvedev – Qarabağ
  5. Bəhlul Mustafazadə – Qarabağ
  6. Azər Salahlı – Keşlə
  7. Mert Çelik – Neftçi
  8. Höccət Haqqverdi – Sumqayıt
  9. Bəxtiyar Həsənalızadə – Sabah
  10. Tellur Mütəllimov – Sumqayıt
  11. Abbas Hüseynov – Qarabağ
  12. Anton Krivotsyuk – Visla Plotsk (Polşa)
  13. Toral Bayramov – Qarabağ
  14. Rövlan Muradov – Qəbələ
  15. Qara Qarayev – Qarabağ
  16. Anatoli Nuriyev – Kolos Kovalivka (Ukrayna)
  17. Filip Ozobiç – Qarabağ
  18. Vüqar Mustafayev – Sumqayıt
  19. Emin Mahmudov – Neftçi
  20. Rəhim Sadıxov – Sumqayıt
  21. Murad Xaçayev – Sumqayıt
  22. Namik Ələskərov – Bursaspor (Türkiyə)
  23. Renat Dadaşov – Tondela (Portuqaliya)
  24. Ramil Şeydayev – Qarabağ
  25. Mahir Emreli – Legia Varşava (Polşa)
  26. Araz Abdullayev – Etnikos (Kipr)
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp