“Keşlə” cari mövsümdə ilk dəfə qapısını toxunulmaz saxlayıb.

Futbolinfo.az xəbər verir ki, 6-cı turun “Sabah”la ev oyununda 2:0 hesabı ilə qalib gələn qəsəbə təmsilçisinin qapıçısı Stanislav Namaşko Azərbaycan Premyer Liqasında 30-cu quru oyununu keçirib.

103-cü matça çıxan moldovalı qolkiper bu görüşlərdə 126 top buraxıb.

Namaşko Azərbaycan çempionatlarında 30 və daha çox quru oyun keçirən 39-cu qapıçıdır. Stanislav bu siyahıda 9-cu legionerdir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp