FİFA referisi Rauf Cabbarov təyinat alıb. Futbolinfo.az xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 7-də keçiriləcək Kosovo – Çexiya qarşılaşmasının baş hakimi olacaq.

Ona bu oyunda Namiq Hüseynov və Cavanşir Yusifov kömək edəcək. Dördüncü hakim Rəşad Əhmədov olacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp