Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Serbiya yığmasına qarşı keçirdikləri oyunu şərh edib.
Futbolinfo.az xəbər verir ki, italiyalı mütəxəssis 1:3 hesabı ilə uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Güclü komandaya qarşı oyunda məğlub olduq. Son dəqiqəyədək mübarizə apardıq. İki komanda arasında fərq böyükdür. Komandamın yaxşı oyun nümayiş etdirdiyini düşünürəm. Qısa zamanda komanda yaratmaq asan deyil. Vaxtımız azdır. Hər şeyi analiz edirəm, Azərbaycan çempionatını, legioner həyatı yaşayan futbolçuların oyunlarını izləyirəm. Düz yolda olduğumuzu düşünürəm. Seçimimiz elə də geniş deyil. Üstəlik zədəli futbolçularımızın da olması işimizi daha da çətinə salır”.