Futbol üzrə Portuqaliya yığması DÇ-2022-nin seçmə mərhələsində Lüksemburqu darmadağın edib – 5:0.
Futbolinfo.az xəbər verir ki, sözügedən matçda het-trik edən portuqaliyalı hücumçu Kristiano Ronaldo yeni rekorda imza atıb.
Təcrübəli futbolçu yığma komandada 10-cu dəfə het-trik edib. 36 yaşlı hücumçu bununla da milli komandada ən çox het-trik edən futbolçuya çevrilib.