Futbol üzrə Niderland 2-ci liqasında 11-cu turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçünün şərəfini qoruduğu “Telstar” da növbəti oyununa çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Volendam”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:5.

Ozan da bu matçın iştirakçısı olub. O, 74-cü dəqiqədə meydana buraxılıb.

“Telstar” 2-ci liqada 11 turdan sonra 12 xalla 20 kollektiv arasında 16-cı pillədə qərarlaşıb.

Shares: