Polşanın “Legiya” klubunda çıxış edən azərbaycanlı hücumçu Mahir Emrelinin transfer dəyəri artıb.
Futbolinfo.az “transfermarkt”a istinadən xəbər verir ki, 24 yaşlı futbolçunun qiyməti 1 milyon avrodan 2 milyon avroya yüksəlib.
Mahir Polşa Ekstraklasasında çıxış edən ən dəyərli futbolçuların siyahısında 14-cü yerdə qərarlaşıb.
Bu yay “Legiya” ilə 3+1 illik müqavilə imzalayan Mahir Varşava təmsilçisində 19 oyuna 10 qol vurub.