Futbol üzrə Polşa çempionatında 13-cü turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, azərbaycanlı hücumçu Mahir Emrelinin formasını geyindiyi “Legiya” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Poqon”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2. Bu, Varşava təmsilçisinin ölkə çempionatında ardıcıl beşinci məğlubiyyətidir.

Mahir də bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan millimizin hücumçusu 61-ci dəqiqədə əvəzlənib.

13 turdan sonra 9 xalı olan “Legiya” 18 komanda arasında 16-cı pillədə qərarlaşıb. Bu komandanın ehtiyatda əvvəlki turlardan təxirə salınmış iki oyunu da var.

Shares: