“Zirə” ilə matçda meydana çıxmadım. Ancaq ondan əvvəlki 2 matçı qırmızı vərəqələrə görə uduzduq”. Bu sözləri futbolinfo.az-a açıqlamasında “Səbail”in müdafiəçisi Yurgen Qoxa deyib.

Albaniyalı müdafiəçi məğlubiyyətləri analiz etməli olduqlarını bildirib: “Son oyunumuzu baş məşqçi analiz etməlidir. Bu mövzuda danışa bilmərəm. Ümid edirəm ki, qarşıdakı 3 oyunu yaxşı keçirəcəyik. Sonra nələr baş verdiyini görərik. Bəlkə də komandanı bir az matçlara motivasiya edən və nəsə iddia edən yanaşmalar olacaq”.

Qoxa sabiq komandası “Qəbələ”nin uğurlu çıxışı ilə bağlı suala isə ətraflı cavab verməyib: “Onlara uğurlar arzu edirəm. Hazırda bütün diqqətimi klubuma yönəltmişəm”.

Qarşıdakı turda “Neftçi” ilə qarşılaşacaq “Səbail”in təcrübəli futbolçusu qalib gələ biləcəklərini deyib: “Neftçi” istənilən halda güclü rəqibdir. Onların heyətində yüksək keyfiyyətli futbolçular var. Düzdür, son 3 matçda məğlub olublar. Amma belə məqamlar hər zaman futbolda olur. Çalışacağıq ki, rəqibin zəif cəhətlərindən istifadə edək. Müsbət nəticəyə ümidim böyükdür”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp