Futbol üzrə Asiya Çempionlar Liqasının qalibi müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, finalda Cənubi Koreya təmsilçisi “Pohanq”la Səudiyyə Ərəbistanının “Əl-Hilal” komandası qarşılaşıb.

Rəqibini 2:0 hesabı ilə məğlub edən “Əl-Hilal” qitə çempionu olub. Bu, sözügedən klubun turnirdəki 4-cü uğurudur.

“Əl-Hilal” bu nəticədən sonra 2022-ci ilin yanvarında keçiriləcək klublararası dünya çempionatında iştirak hüququ qazanıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp