Futbol üzrə Avropa Konfrans Liqasının “Tvitter”dəki rəsmi səhifəsi “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyevlə bağlı paylaşım edib.

Futbolinfo.az xəbər verir ki, 27 yaşlı qolkiperin Konfrans Liqasının qrup mərhələsinin 4-cü turunda “Kayrat”la oyunda komandasını qoldan xilas etdiyi epizodun videosu yayımlanıb.

Paylaşıma “Şahrudin Məhəmmədəliyevin refleksləri” başlığı yazılıb.

Xatırladaq ki, “Kayrat” – “Qarabağ” qarşılaşması Ağdam klubunun 2:1 hesablı qələbəsi ilə başa çatmışdı.

156204 9z5ziia47n - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp