Türkiyə Futbol Federasiyası (TFF) “Qalatasaray”ın baş məşqçisi Fatih Terimi sərt cəzalandırıb.

Futbolinfo.az xəbər verir ki, buna 68 yaşlı mütəxəssisin Super Liqanın 13-cü turunda baş tutan “Fənərbaxça” ilə ev oyununda (1:2) baş hakim Halil Umut Meleri təhqir etməsi səbəb olub.

Həmin qarşılaşmada qırmızı vərəqə ilə texniki zonadan qovulan Terim 5 oyunluq diskvalifikasiya edilib. O, derbidəki qırmızı vərəqəyə görə ümumilikdə 6 qarşılaşmada komandasının başında ola bilməyəcək.

“Qalatasaray” Türkiyə çempionatında bu oyunlara Fatih Terimsiz çıxacaq:

“Yeni Malatyaspor” (səfər)
“Altay”
“Sivasspor” (s)
“Başakşəhər”
“Adana Dəmirspor” (s)
“Antalyaspor”

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp