Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin oyun cədvəli müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, bir qarşılaşmadan ibarət bu mərhələnin görüşləri iki günü əhatə edəcək və “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.
Azərbaycan kuboku
1/8 final
10 dekabr
“Zaqatala” – “Səbail”
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 14:00.
MOİK – “Qəbələ”
Bakı. “Dalğa Arena”, 17:00.
11 dekabr
“Keşlə” – “Qaradağ Lökbatan”
Bakı. “ASK Arena”, 15:00.
“Sabah” – “Kəpəz”
Masazır. “Bank Respublika Arena”, 18:00.