İspaniyanın “Levante” komandasının yeni baş məşqçisi müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, Alessio Lişi La Liqa təmsilçisinin yeni baş məşqçisi təyin olunub.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Lakin İtaliyadan olan 36 yaşlı mütəxəssislə müqavilənin müddəti açıqlanmayıb.

“Levante”ni bu ilin oktyabrından etibarən Xavyer Pereyra çalışdırırdı. Lakin uğursuz nəticələrə görə o, noyabrın 30-da istefaya göndərilib. Elə həmin gündən etibarən komandaya məhz Alessio Lişi müvəqqəti baş məşqçi təyin olunmuşdu. Klub rəhbərliyi daha sonra italiyalı mütəxəssisin bu postda qalmasına qərar verib.

Sözügedən komanda bu mövsüm La Liqada keçirdiyi 16 oyunda hələ də qələbə qazana bilməyib. 8 heç-heçə edib, 8 məğlubiyyətə üzülən kollektiv 8 xalla 20 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.

Shares: