Futbol üzrə Rusiya Premyer Liqasında 18-ci turun oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi “Arsenal” (Tula) da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə Moskva ÇSKA-sı ilə qarşılaşıb. Ayazın komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2.

Quliyev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 74-cü dəqiqədə əvəzlənib.

“Arsenal” geridə qalan 18 turda 19 xal toplayıb və 16 kollektiv arasında 12-ci pillədə qərarlaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp