“Meydana qələbə üçün çıxmışdıq. Sadəcə, 2 penalti zərbəsi ilə qollar buraxdıq” – bunu futbolinfo.az-a açıqlamasında “Səbail”in müdafiəçisi Adil Nağıyev deyib.

O, Misli Premyer Liqasının 23-cü turunda “Neftçi”yə 0:3 hesablı məğlubiyyətdən danışıb: “Belə qollar buraxdıqdan sonra bu cür oyunlarda dönüş etmək çətin olur. Bu səbəbdən də uduzduq”.

Nağıyev “Neftçi”yə qarşı yaxşı oynadıqlarını düşünür: “Zirə” ilə matçda yaxşı oynayıb qələbə qazanmışdıq. “Neftçi” ilə də çox yaxşı oynadıq, dominantlıq edən tərəf biz idik. Çoxlu qol şanslarımız da oldu, amma istifadə edə bilmədik. Komandaya inanıram. Düşünürəm ki, mövsümün sonuna qədər axırıncı pillədən xilas olacağıq. Göstərdiyimiz oyun və komandanın mübarizə əzmi inam verir. Növbəti matçlarda qalib gəlib yuxarı pillələrə yüksələcəyik”.

Shares: