Futbol üzrə Ukrayna milli komandası ev oyunlarını Polşada keçirəcək.

Futbolinfo. az xəbər verir ki, bu barədə Polşa Futbol İttifaqının prezidenti Çezare Kuleşa “Tvitter” səhifəsində paylaşım edib.

O, bildirib ki, artıq bununla bağlı Ukrayna Futbol Assosiasiyasındakı həmkarı Andrey Pavelko ilə müzakirə baş tutub:

“Mən öz adımızdan ehtiyac olarsa, Ukrayna yığmasının ev oyunlarını qəbul edə biləcəyimizi söylədim. Qarşı tərəf təklifimizi qəbul etdi”.

Rusiyanın Ukraynaya hücumundan sonra UEFA Rusiya və Ukrayna ərazisində öz bayrağı altında keçirilməli olan bütün turnirləri təxirə salıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp