Futbol üzrə Xorvatiya çempionatında 31-ci turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “İstra” ilə qarşılaşıb. Futbolçumuzun komandası oyundan 3:0 hesablı qələbəsi ilə ayrılıb.

Mahir də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 72-ci dəqiqədə əvəzlənib.

“Dinamo”nun üçüncü qolunu da məhz Emreli vurub. O, 50-ci dəqiqədə rəqib qapısına yol tapmaqla matçda yekun nəticəni müəyyənləşdirib.

Bu, azərbaycanlı futbolçunun Xorvatiya klubunda ikinci qoludur.

Bu nəticədən sonra xalını 66-ya çatdıran “Dinamo” vahid liderdir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp