“Şamaxı”nın futbolçusu Franko Floresin futbolinfo.az saytına müsahibəsi

  • “Qarabağ”a 0:8 hesablı məğlubiyyətin səbəbini nədə görürsən?
  • Onlar 1-ci dəqiqədən 95-ci dəqiqəyə qədər bizdən yaxşı idilər. Səbəb budur. Başqa səbəb odur ki, turnir cədvəlində “Qarabağ”ın 55, bizim 20 xalımız var. Hər şey göz önündədir.
  • Bu cür nəticə sizə, əhval-ruhiyyənizə necə təsir etdi?
  • 0:8 hesablı məğlubiyyət hər kəs üçün bir təcrübə oldu. Lakin bu cür nəticələrlə irəli getmək olmaz. Biz güclüyük və daha yaxşı bir qrupuq. Düşünürəm ki, yaxşı günlərimiz olacaq.
  • Sənan Qurbanov oyundan sonra istefa verdi. Bu nəticələri dəyişəcək?
  • Mənim üçün bütün nəticələr vacibdir. Baş məşqçi barədə danışa bilməyəcəm. Hər zaman oynadığım oyunlarda komandamın uğurunu düşünmüşəm. “Şamaxı” üçün ən yaxşısını edəcəyik.
  • Klub artıq region komandasıdır. Bundan sonra azarkeşlərə nə söz verirsən?
  • Qarşıda çox şeyi həlledəcək 5 vacib oyun var. Hansı ki, bu mövsüm üçün vacibdir. Ondan sonra isə nə olacağını bilmirik. Mənim müqaviləm mövsümün sonuna qədər olduğu üçün növbəti mövsüm üçün də komandaya söz verə bilmirəm.
  • “Sabah”la qarşıdakı oyundan nə gözləyirsən? Rəqib üçün matç çox vacibdir…
  • “Sabah” avrokuboklara getmək üçün çox önəmli oyuna çıxacaq. Amma biz də öz oyunumuzu oynayacağıq. Qələbə qazanmağa çalışacağıq.

CAVAD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp