Futbol üzrə Portuqaliya kubokunda yarımfinal mərhələsinin cavab görüşləri keçirilir.

Futbolinfo.az xəbər verir ki, azərbaycanlı hücumçu Renat Dadaşovun formasını geyindiyi “Tondela” da “Mafra” ilə qarşılaşıb.

Futbolçumuzun komandası bu rəqiblə doğma meydandakı qarşılaşmadan 3:0 hesablı qələbə ilə ayrılmışdı. Səfərdəki oyunda isə 1:1 hesablı heç-heçə qeydə alınıb. Renat bu görüşə start heyətdə başlayıb. Millimizin hücumçusu 55-ci dəqiqədə əvəzlənib.

“Tondela”nın finaldakı rəqibi “Portu” və ya “Sportinq” olacaq. Sözügedən komandaların ilk qarşılaşması “Portu”nun 2:1 hesablı qələbəsiylə yekunlaşıb

Kubokun final qarşılaşması isə mayın 22-də təşkil olunacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp