Futbol üzrə Fransa çempionatında 34-cü tura start verilib.

Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.

Lion “Olimpik”i doğma meydanda “Monpelye” ilə qarşılaşıb və darmadağına sevinib. “Monako” isə səfərdə “Sent-Etyen”i böyük hesabla yenib.

Lider PSJ də bu gün meydana çıxıb. Paris təmsilçisi evdə “Lans”la qarşılaşıb. PSJ bu oyunda qələbəni son anda əldən verib. Amma xal itkisinə baxmayaraq, parislilər sona 4 tur qalmış çempionluğu rəsmiləşdiriblər. Maurisio Poçettinonun yetirmələri 34 turdan sonra 78 xal toplayıb. 62 xalla ikinci pillədə qərarlaşan Marsel “Olimpik”inin liderə çatmaq üçün riyazi şansı da qalmayıb.

Qeyd edək ki, bu, PSJ-nin tarixindəki 10-cu çempionluqdur. Poçettino isə tarixində ilk dəfə bir komanda ilə ölkə çempionu adını qazanıb.

Fransa Liqa 1
34-cü tur

23 aprel

Olimpik (Lion) – Monpelye 5:2
Qol: Dembele, 26. Mendes, 43. Auar, 63; 90+1. Ekambi, 68 – Vahi, 45+1. Savanye, 45+3.

Sent-Etyen – Monako 1:4
Qol: Xazri, 42-pen – Ben Yedder, 23. Volland, 25. Kolodzeyçak, 61-öz qapısına. Boadu, 77.

PSJ – Lans 1:1
Qol: Messi, 68 – Jan, 88.

24 aprel

15:00. Renn – Loryan
17:00. Klermon – Anje
17:00. Mets – Brest
17:00. Nant – Bordo
17:00. Nitsa – Trua
19:05. Lill – Strasburq
22:45. Reyms – Olimpik (Marsel)

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp