Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn seriyasının üçüncü mərhələsində sonuncu görüşünü keçirib.
Futbolinfo.az xəbər verir ki, 37 yaşlı qrossmeyster “Oslo Esports Cup”ın 7-ci turunda Maqnus Karlsenlə üz-üzə gəlib. Görüş Məmmədyarovun 2.5:0.5 hesablı qələbəsi ilə başa çatıb.
Məmmədyarov ilk turda vyetnamlı Le Kuanq Lyeyə, beşinci və altıncı turda müvafiq olaraq niderlandlı Aniş Giri və Yorden van Forestə qalib gəlib. Təcrübəli şahmatçı 2, 3 və 4-cü turlarda ardıcıl olaraq hindistanlı Rameşbabu Praqnanandhaya, kanadalı Erik Hansenə və polşalı Yan-Kşiştof Dudaya uduzub.