“Çelsi”nin idman direktoru Marina Qranovskaya avqust ayında klubu tərk edəcək.

Futbolinfo.az xəbər verir ki, onun vəzifəsinə əsas namizəd “Atletiko”da müvafiq postu tutan Andrea Bertadır.

İlkin məlumata görə, Qranovskayanın gedişi ilə əsas transferlərlə bağlı bütün vacib qərarları “Çelsi”nin baş məşqçisi Tomas Tuxel verəcək.

Qranovskaya İtaliyanın “Tuttosport” nəşri tərəfindən 2021-ci ildə Avropanın ən yaxşı futbol meneceri seçilib.

Qranovskayanın 47 yaşı var. O, Rusiyada anadan olub, Rusiya və Kanada vətəndaşlığına malikdir.

Bu ilin martında Roman Abramoviç İngiltərənin sanksiyalar siyahısına daxil edildiyi üçün “Çelsi”nin rəhbərliyindən uzaqlaşdırılıb. Rusiyalı iş adamı 2003-cü ildən klubun sahibi idi.

Shares: