İngiltərənin “Fulhem” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Mançester Yunayted”in yarımmüdafiəçisi Andreas Pereyranı transfer edib.

Bu barədə “Fulhem”in rəsmi saytı məlumat yayıb. Bu transferə görə “Mançester Yunayted”ə ödənilən təzminatın məbləği açıqlanmayıb. Braziliyalı futbolçu ilə 4+1 illik müqavilə imzalanıb.

Pereyra 2011-ci ildə, 16 yaşı olarkən “Mançester Yunayted”ə qoşulsa da, 2014-cü ildən əsas komandada oynamaq şansı qazanıb. 26 yaşlı futbolçu “Qranada”, “Valensiya”, “Latsio” və “Flamenqo”da icarədə də çıxış edib. Belçikada dünyaya göz açan yarımmüdafiəçi 2018-ci ildə Braziliyanın əsas millisində 1 oyuna da çıxıb.

Shares: