“Qarabağ”ın ispan futbolçusu Qaspar Panaderonun futbolinfo.az saytına müsahibəsi

  • Hazırda “Qarabağ”ın əvəzedici heyətindəsən, əsas komandaya qoşulmursan. Karyeran barədə düşüncən nədir?
  • Açığı, vəziyyət mənim üçün ürəkaçan deyil. İyulun ilk günlərindən “Qarabağ”ın ikinci komandasına qoşulmuşam. Onlarla məşq edirəm, işləyirəm. Müqaviləmə əsasən mənə nə deyirlər, onu edirəm. Yenə deyirəm ki, özüm üçün xoş olan durum deyil. Agentlərim çalışırlar. Həm idman baxımından, maraqlı hədəfləri olan, həm maddi baxımdan yaxşı təklif olarsa, onu dəyərləndirəcəm.
  • Ümumiyyətlə, başqa klublardan təklif varmı? Və ya yenidən icarə haqqında düşünürsən?
  • Əslində, bir neçə təklif var, bir çox komanda təklif göndərib. Sadəcə konkret olaraq masanın üzərinə qoyulan təklif yoxdur. Hazırda “transfer pəncərəsi” açıqdır. Bu dönəmdən səmərəli istifadə edib nəsə qazanmağa çalışacağıq.
  • Kiprin AEK (Larnaka) klubunda icarəyə niyə davam etmədin? Klub istəmədi, yoxsa sən ayrıldın?
  • Oradan ayrılmağımın səbəbi klubun bunu istəməsi idi. AEK-ə getdikdən sonra zədələndim və iki həftə problem yaşadım. Deyərdim ki, bəxtsizliklə üzləşdim. Sonradan ümumi ansambla qoşulmaq çətinlik yaratdır. Amma hələ gəncəm və “Qarabağ”la iki illik müqaviləm var. Görək icarə olacaq, ya birdəfəlik keçid olacaq…Yaşım azdır, vaxtım var, futbol oynamaq, istedadımı nümayiş etdirmək istəyirəm. Buna ümid edirəm.
  • Larnaka təmsilçisində meydana çıxırdın…
  • Orada zədədən qayıtdıqdan sonra oynadım, qol da vurdum. Sadəcə danışıqlar alınmadı, ümumi razılığa gələ bilmədim.
  • Ümumiyyətlə, konkret təklif olmasa, “Qarabağ”ın əvəzedici heyətində oynamağa razılaşacaqsan?
  • Mən də bu xoşagəlməz vəziyyətin bitməsini arzu edirəm. Ona görə ümidim çoxdur. Transfer bazarı açıqdır, bir ay var. Yaxşı təklif olarsa, “Qarabağ”la da razılığa gələrik. Olmasa, başqa çıxış yeri qalmayacaq, ikinci komandada qalıb məşqlərə və oyunlara davam edəcəm.
  • Əsas komandaya qayıtmaqla bağlı məşqçi Qurban Qurbanovla hər hansı söhbətin olub?
  • Qurban Qurbanovla heç bir danışığım olmayıb. Bu normal haldır və onun qərarlarına hörmətlə yanaşıram. Mənə ehtiyac görmür və bu, futbolun bir hissəsidir. Əslində, əsas komandada çox oynamaq imkanı əldə etmədim ki, istedadımı ortaya qoyum.

AĞA

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp