Futbol üzrə Niderland birinci divizionunda 5-ci turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Breda” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.

Ozan da bu gün görüşün iştirakçısı olub. O, bu görüşə start heyətdə başlayıb və 57-ci dəqiqədə əvəzlənib. Komandasının yeganə qolunu da 42-ci dəqiqədə millimizin yarımmüdafiəçisi vurub. O, 55-ci dəqiqədə sarı vərəqə də alıb.

“Eyndhoven” 5 oyuna topladığı 13 xalla 20 kollektiv arasında 2-ci pillədə qərarlaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp