Türkiyənin “Girəsunspor” klubu heyətini yeni futbolçularla gücləndirib.

Futbolinfo.az xəbər verir ki, Super Liqa təmsilçisi müdafiəçi Faustin Senqor, yarımmüdafiəçilər Jorman Kampusano və Görkem Sağlamı transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Onlarla imzalanmış müqavilələrin müddəti və digər detalları açıqlanmır. Yalnız Kampusanonun Argentinanın “Boka Xuniors” klubundan mövsümün sonuna kimi icarəyə götürüldüyü məlumdur. Kolumbiyadan olan 26 yaşlı futbolçu 2019-cu ildən “Boka Xuniors”da çıxış edirdi. Kolumbiya yığmasında 2 oyun keçirmiş yarımmüdafiəçi daha öncə ölkəsində “Deportivo Pereyra” və “Atletiko Nasyonol”da da forma geyinib.

Mərkəz müdafiəçisi olan Faustin Senqor Şimali Makedoniyanın “Şkupi” klubundan transfer olunub. Seneqaldan olan 28 yaşlı futbolçu 2021-ci ilin yanvarından sözügedən komandada çıxış edirdi. O, daha öncə ölkəsində “Kasa Sports”un, Bosniya və Herseqovinada “Çelik”in də formasını geyinib.

Görkem Sağlam isə Niderlandın “Villem” klubundan transfer edilib. Almaniyada dünyaya göz açmış və əslən türk olan futbolçu, “Bohum”un yetirməsidir. O, 2020-ci ildən Niderlandda çıxış edirdi. Sağlam Almaniyanın aşağı yaş qrupları üzrə yığmalarında da forma geyinib.

Shares: