Yunanıstanın “Olimpiakos” komandasının əsas qapıçısı Tomaş Vatslik Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirəcəkləri oyunlarda iştirak edə bilməyəcək.

Futbolinfo.az xəbər verir ki, buna 33 yaşlı qolkiperin zədədən əziyyət çəkməsi səbəb göstərilir.

Vatslik Çexiya yığmasının heyətində UEFA Millətlər Liqasının qrup mərhələsinin son turunda İsveçrəyə 1:2 hesabı ilə uduzduqları səfər matçında sıradan çıxıb. Onun bu zədə səbəbindən 2-3 ay yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.

“Qarabağ” “Olimpiakos”a qarşı ilk oyununu oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə bundan bir həftə sonra Bakıda keçirəcək.

Shares: