Digər idman növləri

Təbii fəlakət Nadalın akademiyasına ciddi ziyan vurdu

6df0c175 a875 470f b06c 59f960dea81f - Futbolinfo.az
Səs süni intellektlə yaradılıb.

İspaniyalı tennisçi Rafael Nadalın akademiyasının kortları Malyorkada baş verən siklondan sonra su altında qalıb.

Akademiyanın rəsmi hesabında dərc olunan fotolardan da göründüyü kimi, leysan yağışlar məşq meydançasında sahələri su altında qoyub.

“Güclü yağışdan sonra dəstək verən mesajlarınız üçün hamınıza “sağ ol” deyirik. Əsas odur ki, hamımız yaxşıyıq və akademiyada mümkün qədər tez normal həyata qayıtmaq üçün çalışırıq. Xilasetmə və təmir briqadalarına göstərdikləri səylərə görə təşəkkür edirik!” — deyə akademiyanın mətbuat xidməti sosial şəbəkələrdə yazıb.

2f056835 7d74 48ea b47f 995401c71d06 - Futbolinfo.az
802124dc a15c 42d4 90a1 5c4de39f7f2d - Futbolinfo.az
Shares: