Almaniyanın “Union Berlin” klubu baş məşqçisi Urs Fişerlə müqavilənin uzadıldığını açıqlayıb.
Futbolinfo.az xəbər verir ki, 56 yaşlı isveçrəli ilə yeni müqavilənin müddəti açıqlanmayıb.
Berlin klubu baş məşqçinin köməkçisi Markus Hoffmanla da yeni müqavilə imzalayıb.
Fişer 2018-ci ilin iyul ayından “Union”a rəhbərlik edir.
“Union” yeni mövsümdə 7 turdan sonra 17 xalla Bundesliqada liderdir.