Devis Manca futbol üzrə Malta yığmasının baş məşqçi postundan müvəqqəti kənarlaşdırılıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə Malta Futbol Assosiasiyasının rəsmi saytı məlumat yayıb.
Buna 48 yaşlı mütəxəssisin oyunçulara qarşı cinsi təcavüzdə ittiham edilməsi səbəb olub. Qurum məsələyə baxacaq və baş məşqçiyə özünü müdafiə etmək üçün şans verəcək.
Xatırladaq ki, Devis Manca 2019-cu ildən Malta millisinə rəhbərlik edir.