İngiltərənin “Sauthempton” klubu baş məşqçisi Ralf Hazenhyuttl ilə yollarını ayırıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
55 yaşlı mütəxəssisin müqaviləsi vaxtından əvvəl ləğv olunub.
Komandanı noyabrın 9-da “Şeffild Uensdey” ilə Liqa Kuboku matçına daha əvvəl Azərbaycanda da işləmiş Ruben Selles çıxaracaq.
Xatırladaq ki, Hazenhyuttl 2018-ci ildən “Sauthempton”da işləyib. Komanda Premyer Liqada 14 turdan sonra 12 xalla 18-ci pillədə qərarlaşıb.
Ruben Selles 2012 – 2014-cü illərdə “Neftçi”də, 2015 – 2017-ci illərdə isə “Qarabağ”da baş məşqçilərin köməkçisi vəzifəsini yerinə yetirib.