Misli Premyer Liqasının 17-ci turu çərçivəsində keçirilən “Kəpəz” – “Sabah” oyununa maraq azdır. İllərdi komandalarının yüksək liqada oynamasını arzulayan gəncəli azarkeşlər liderlərdən biri ilə görüşə biganədir.

Futbolinfo.az xəbər verir ki, Gəncə stadionunun qəzalı vəziyyətdə olması üzündən Peşəkar Futbol Liqası “Kəpəz”in ev matçlarına tamaşaçı limiti qoyub. Belə ki, azarkeşlər yalnız aşağı yarusa buraxılır və 3000-dən çox bilet satılmasına icazə verilmir. Lakin oyuna marağın az olmasının səbəbi təkcə bu deyil.

Tribunalarda yalnız bir neçə yüz azarkeş toplaşıb ki, bir səbəb rəqibin “Qarabağ”, “Neftçi” kimi güclü, “Turan Tovuz” kimi əzəli rəqiblərin olmamasıdırsa, başqa bir amil təqvimlə bağlıdır. Matçın həftəsonuna deyil, iş gününə salınması, üstəlik günorta saat 14.00-a salınması gəncəlilərin tribunaları doldurmaması ilə nəticələnib.

319940363 506160661484296 6949158618744352000 n - Futbolinfo.az
318442354 875089030608424 3976219554498202168 n - Futbolinfo.az
318575693 515317883886591 3260860596550036622 n - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp