Yanvarın 7-də Xəzər dənizində avarçəkənlərin təlim qayıqlarında yarışları keçiriləcək.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) 2023-cü ilin ilk idman tədbirini Bakı bulvarında təşkil edəcək.

Federasiya Xəzərdə test yürüşlərini artıq uğurla başa vurub. “MİLAN EXPO”-nun qarşısında olacaq tədbir zamanı Bakıda sakinlərlə ilk səyyar görüş də həyata keçiriləcək.

AKAF ölkənin bütün bölgələrində səyyar görüşlər təşkil etməyi nəzərdə tutub.

Shares: