“Real” Eden Hazardla yolları ayırmağa hazırlaşır. Belçikalı futbolçudan heç bir xeyir görməyən madridlilər illərdi heyətdə yer tutan cinah hücumçusu ilə vidalaşmağa qərar verib.

Futbolinfo.az xəbər verir ki, baş məşqçi Karlo Ançelotti yeni oyunçu transfer edə bilmək üçün heyəti boşaltmağa və klub büdcəsinin xərclərini yüngülləşdirmək istəyir. Bu səbəbdən o, rəhbərliyə Hazardın yola salınmalı olduğunu bildirib.

Eden artıq 4-cü dəfədir ki, klubdan göndəriləcək oyunçuların siyahısına salınır. Əvvəllər son anda yenidən etimad göstərilərək Madriddə saxlanılan futbolçunun limiti tükənib. “Real” oyunçunun satılmasının və ya icarəyə verilməsinin mümkünsüz olduğunu anlayır. Bu səbəbdən onunla müqavilənin qarşılıqlı razılıqla ləğv edilməsi və ya müəyyən kompensasiya müqabilində yolların ayrılması variantları müzakirə olunur.

2019-cu ildə “Çelsi”dən alınan Hazard ötən müddətdə “Real”da saysız titullar qazansa da, heç bir uğurda hər hansı rol oynamayıb. Vaxtının çoxunu zədələrlə mübarizəyə həsr edən belçikalı özü də bu durumdan məmnun deyil. Madridlilərl ilyarımlıq müqaviləsi qalan oyunçu özünü sübut etmək istəyir və daha uğyun klub axtarır.

Shares: