Serxio Busqets “Barselona”nın tarixinə düşdü. O, əlamətdar olayı Səudiyyə Ərəbistanında yaşadı.

Futbolinfo.az xəbər verir ki, dünən gecə İspaniya Superkuboku uğrunda yarımfinal matçında Serxio yubiley oyununu keçirdi. Busqets 700-cü dəfə “Barselona” forması geydi. Yalnız 2 futbolçu – Lionel Messi (778) və Xavi Ernandes (767) “Barselona”da ondan daha çox oyun keçirib.

Klubun yetirməsi olan dayaq yarımmüdafiəçi 2008-ci ildən “Barselona”nın əsas heyətində oynayır.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp