Madrid “Real”ının sabiq futbolçusu Xese Rodriges “Sabah”dan təklif almayıb. Bunu futbolinfo.az-a açıqlamasında İspaniya yığmasının sabiq üzvünün meneceri Marko Kırdemir deyib.

O bildirib ki, Azərbaycan təmsilçisindən heç kim onunla əlaqə saxlamayıb: “Mənimlə heç kəs əlaqə saxlamayıb. “Ankaragücü” ilə yollarımızı ayırdıq. Hazırda Madridə gəldik və evimizdəyik. Başqa təkliflər haqqında düşünürük”.

Qeyd edək ki, Xese Rodriges bu gün “Ankaragücü” ilə müqaviləyə xitam verib. Onun “Sabah”a keçəcəyi ilə bağlı xəbərlər dolaşır.

Shares: