Transfer pəncərəsinin son günləri yenə gərgin keçəcək. Klubunu dəyişmək istəyən xeyli futbolçu son, ən sərfəli təklifləri gözləyir.

Futbolinfo.az xəbər verir ki, belə futbolçulardan biri Hakim Ziyeşdir. “Çelsi”dəki durumundan məmnun olmayan mərakeşli, klubdakı dəyişikliklərdən sonra ümumiyyətlə, oynaya biləcəyinə əmin deyil. Bu səbəbdən o, bu həftə taleyinə aydınlıq gətirəcək.

“Milan”a keçidi alınmayan vungerin indi də “Roma”ya yollanmaq şansı yaranıb. Nikolo Zaniolonu satmaq üzrə olan İtalia klubu, əvəzedici kimi Ziyeşi görür.

Zaniolo ayrılmaq barədə qərarını klub rəhbərliyinə bildirib. Hazırda “Roma” ən sərfəli təklifi gözləyir. Baş məşqçi Joze Mourinyo Nikolonun getməyəcəyinə ümidlidir: “Heç nə dəqiq deyil. Gələn təkliflər arasında istədiyimiz tələblərə uyğununu görməmişik. Vəziyyətə baxacağıq. Zaniolonun qalmasını istəyirik, getməsi üçün bizə razı salan dəvət gəlməlidir”.

İngiltərə klublarının ciddi maraq göstərdiyi istedadlı yarımmüdafiəçiylə bağlı bu həftə ciddi addımların atılacağı gözlənilir. Transfer reallaşan kimi Ziyeşin də İtaliyaya köçməsini izləyəcəyik.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp