Kərim Benzema La Liqada qol sayına görə “Real” tarixinin ən məhsuldar 2-ci oyunçusuna çevrildi. Dünən gecə “Atletik”lə matçda hesabı açan fransalı Raul Qonsalesə çatdı.

Futbolinfo.az xəbər verir ki, hazırda Benzemanın hesabında 228 qol var və onun Raulla şərikliyə son qoymaq üçün qarşıda imkanı olacaq. Kriştianu Ronaldoya çatmaq isə çətin görünür – portuqaliyalı 311 qolla zirvədə qərarlaşıb.

Əfsanəfi Alfredo di Stefanonu (227) qabaqlayan Kərim, ümumiyyətlə, İspaniya çempionatının 5-ci ən yaxşı bombardirinə çevrildi. Hazırda ilk pillədə Lionel Messi 473 qolla qərarlaşıb. 311 qollu Ronaldodan sonra Telmo Sarra (253) və Uqo Sançes (234) qərarlaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp